İrandan ani qərar: Teleqram qadağan edildi

18:08 | 31.12.2017
İrandan ani qərar: Teleqram qadağan edildi

İrandan ani qərar: Teleqram qadağan edildi

İran hökuməti ölkədə sabitliyin qorunmasını əsas gətirərək İnstaqram və Teleqram mesajlaşma proqramının ölkədə qadağan olunması barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, dekabrın 28-də Məşhəddə başlayan aksiyalar İranın 20-dən çox şəhərini əhatələyib. Hakimiyyət qüvvələri ilə toqquşmalarda 2 (bəzi mənbələrdə 3) etirazçının öldürüldüyü bildirilir. Sosial şəbəkədə paylaşılan videodan da görünür ki, aksiyaçılara atəş açılıb.

Qeyri-rəsmi məlumata görə, İranın Ali dini lideri Xamenei Tehrandan gedib.

Aksiyalarla bağlı rəsmi məlumatın çox az olması şayiələrin sürətlə yayılmasına yol açır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb