İrandan şok iddia: İŞİD-ə qoşulanları Türkiyə təyyarələri daşıyır

18:00 | 19.07.2014
İrandan şok iddia: İŞİD-ə qoşulanları Türkiyə təyyarələri daşıyır

İrandan şok iddia: İŞİD-ə qoşulanları Türkiyə təyyarələri daşıyır

İrandakı İnqilab Müdafiəçilərinə yaxınlığı ilə bilinən “Fars” xəbər agentliyi İraq Şam İslam Dövlətinə (İŞİD) qatılacaq 91 Tacikistan vətəndaşını  xadiminin Türkiyə Hava Yolları (THY) tərəfindən İraqa daşındığını iddia edib.
 Modern.az xarici mətbuata istinadən bildirir ki, xüsusi başlıqla verilən xəbərdə mövzu Tacikistan olan döyüşçülərinin iyulun 2-də THY-nin 254 saylı səfəri həyata keçirən təyyarəsi ilə saat 21:10-da Tacikistanın paytaxtı Düşənbədən İstanbula gətirildiyi, ardından IŞİD-ə qatılmaq üçün İraqa transfer edildiyi iddia edilib.     
İranın ən əhəmiyyətli xəbər agentlikləri arasında yer alan agentliyin farsca olan bölümündəki xəbərin qaynağı göstərilməzkən ingiliscə bölümündə "həyatı təhlükəsizliyi səbəbi ilə adının açıqlanmasını istəməyən bir qaynağa” istinad edildiyi qeyd edilib.   
Həmin xəbərdə THY-in bu günə qədər təxminən 1000 taciki döyüşmək üçün İraqa daşıdığı da öz əksini tapıb.   
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM