İlham Əliyevi saxtakar adlandıran iranlı deputata cavab "qələt edib, başını daşa döyüb"...

14:19 | 30.11.2022
İlham Əliyevi saxtakar adlandıran iranlı deputata cavab

İlham Əliyevi saxtakar adlandıran iranlı deputata cavab "qələt edib, başını daşa döyüb"...

İran Məclisinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının katibi Yaqub Rezazadə Azərbaycan Prezidenti İlham Əliyevi saxtakar adlandırıb. Bu barədə İranın İSNA agentliyi məlumat verib.
 
"Mən Azərbaycanın saxta prezidentinə ciddi xəbərdarlıq edirəm ki, əgər Azərbaycan qoşulmalıdırsa, deməli, İrana qoşulan siz azərbaycanlılar olmalısız”,  - Yaqub Rezazadə İran parlamentinin iclasında deyib. 
 
Eyni komissiyanın sədri Vəhid Calalzadə isə Azərbaycanı amerikalılara və yəhudilərə işləməkdə qınayıb. 

"Azərbaycan agentləri sionistlərin və amerikalıların ayaqlarının altına bostan qabığı atdıqlarına diqqət yetirməlidirlər. İran və Azərbaycan xalqları arasında əlaqələr ayrılmazdır", - Cəlalzadə bildirib.

Azərbaycan parlamentinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili  Aqil Abbas İranlı həmkarlarını ciddi qınayaraq onlara "qələt edib, başını daşa döyür" deyə müraciət edib. 
 
"Azərbaycan 10 milyon əhalisi olan müstəqil dövlətdir. Azərbaycan İrana niyə birləşməlidir ki?  Bu axmaq fikirdir. İrandakı Azərbaycanlılar əvvəl-axır öz müstəqlilliklərinə qovuşacaqlar. Hələ onlar müstəqil olarlar, öz dövlətlərini qurarlar birləşmə söhbəti sonradan ola bilər.  Onlar bizə bişləşməlidirlər. Çünki bizim müstəqilliyimiz var. Onların heç muxtariyyətlərı də yoxdur. Dünya bizi qəbul edib, onları isə yox", -  Aqil Abbas bildirib.
 
O həmçinin iranı deputatın Azərbaycan Prezidentini saxtakar adlandırmasını da tənqid edib. 
 
"Azərbaycan Prezidentini saxtakar adlandıra bilməzlər. Prezidentimizin siyasəti, çıxışları göz qabağındadır. İran dövlətinin heç bir dini yoxdur, dinləri belə saxta ideologiyaya söykənir.  Adı islam ölkəsidir, ancaq ermənilərə qulluq edən, onlarla dostluq edən millətdir.  Müsəlman dövlətləri ilə müharibə edən bir ölkə İslam dövləti ola bilməz", - deputat vurğulayıb.
 
Aytac Zeynalova

 


www.anews.az
2
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb