İraq ordusu Hit şəhərini azad etdi

10:25 | 21.04.2016
İraq ordusu Hit şəhərini azad etdi

İraq ordusu Hit şəhərini azad etdi

İraq təhlükəsizlik qüvvələri Ənbər vilayətində yerləşən Hit şəhərini İŞİD terror qruplaşmasından azad edib.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə cümə axşamı Pentaqon nümayəndəsi polkovnik Stiv Uorren bildirib.  

"Keçən həftə Ərəfat çayının vadisində İraq təhlükəsizlik qüvvələri Hit şəhərini İŞİD  qruplaşmasının əlindən alıb və İraq xalqına qaytarıblar. Hit azad edilib”, - Uorren bildirib.  

Bundan başqa, keçən həftə İraqın silahlı qüvvələri Dəclə çayı vadisində bir neçə ciddi hücumun qarşısını almağa müvəffəq olublar, Uorren dəqiqləşdirib.

Yüz mindən çox əhalisi olan Hit şəhəri 2014-cü ilin oktyabrında həftələrlə sürən döyüşlərdən sonra İŞİD tərəfindən zəbt edilmişdi.

O zamandan bəri şəhər terrorçuların nəzarəti altında idi. Pentaqonun nümayəndəsinin sözlərinə görə, şəhər strateji mahiyyət daşıyır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb