​İraqa ova gedən Qətər əmirinin ailə üzvləri oğurlanıb

19:01 | 16.12.2015
​İraqa ova gedən Qətər əmirinin ailə üzvləri oğurlanıb

​İraqa ova gedən Qətər əmirinin ailə üzvləri oğurlanıb

Basqınçılar Qətər vətəndaşlarının düşərgəsini 70 avtomobillə mühasirəyə alıb

 İraqın cənubunda naməlum şəxslər 20-dən çox Qətər vətəndaşını girov götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İraqın Mutanna əyalətinin başçısı Faleh əz-Ziyadi bildirib.

Onun sözlərinə görə, Mutanna rayonuna ova gələn Qətərin 26 vətəndaşını naməlum şəxslər oğurlayıb: "Hadisə Bağdaddan 280 km cənub-qərbdə yerləşən əs-Samava şəhərində baş verib".

Məlumata görə, basqınçılar Qətər vətəndaşlarının düşərgəsini 70 avtomobillə mühasirəyə alıb.

Əz-Ziyadi bildirib ki, ova gələnlərin rəsmi icazələri olub: "Bununla belə, onlara təhlükəsizliklərinin təmin edilməyəcəyi də bildirilib".

Xəbərə əsasən, oğurlananların arasında Qətər əmirinin ailə üzvü olan şəxslər də var.

Qətər tərəfi hadisə ilə bağlı açıqlama verilməyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM