İrəvan üçün dəhşətli ssenari

11:16 | 05.07.2017
İrəvan üçün dəhşətli ssenari

İrəvan üçün dəhşətli ssenari

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin Hamburqda keçiriləcək G-20 sammitində görüşə bilər.
 
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüşdə Suriya və Ukrayna məsələlərinin müzakirəsi təklif edilir. Görüşün olacağı hələlik dəqiqləşməsə də, belə gözləntilər var. Bu məlumatda diqqətçəkən əsas məqam müzakirə mövzusunun Suriya və Ukrayna olmasıdır. Məsələ onda deyil ki, iki liderin müzakirə edə biləcəyi başqa mövzu yoxdur, məsələ bu mövzuların aktual olması, digər regionlarda Vaşinqton və Kreml arasında ciddi fikir ayrılığının olmaması ehtimalıdır. Xüsusilə Qafqaz regionunda. Məhz bu amil Ermənistanda narahatlıq yaradır.

Publika.az xəbər verir ki, erməni analitik Musa Mikaelyan Qafqazda Ermənistan üçün mənfi ssenarilərin başlayacağı haqda danışıb.

Onun fikrincə, görüşdə Qafqaz regionu ilə bağlı məsələnin müzakirə edilməməsi, yaxud bu regionun ümumiyyətlə adının çəkilməməsi ABŞ-ın bölgəni Rusiyaya güzəştə getdiyinə işarədir: "Yəni ABŞ Rusiyanın Ukrayna və Suriyada Vaşinqtonun maraqlarına qarşı çıxmayacağı təqdirdə, Qafqazın Moskvanın təsir bucağı altında olduğunu tanıya bilər. Bu isə Rusiyanın bölgədə təsir gücünü daha da artıracaq. Bu, Ermənistan üçün təhlükəli ssenaridən xəbər verir. Çünki Moskva hazırda fəal şəkildə Bakı və Ankara ilə münasibətləri inşa edir. Ermənistanda siyasi hakimiyyətin iradəsizliyini nəzərə alsaq, belə ssenari bizim ölkənin maraqlarının asanlıqla tapdanması deməkdir”.

Erməni şərhçi qeyd edir ki, bu ssenari Qarabağ məsələsində də Ermənistanın maraqlarına işləmir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb