İrəvanda “Air Armenia”nın rəhbərini oğurlayıb döydülər

18:54 | 17.08.2015
İrəvanda “Air Armenia”nın rəhbərini oğurlayıb döydülər

İrəvanda “Air Armenia”nın rəhbərini oğurlayıb döydülər

O, hazırda xəstəxanadadır.

Air Armenia avia şirkətinin rəhbəri Arsen Avetisyan İrəvanda oğurlanıb və döyülüb.

Oxu.Az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Avetisyanın arvadı İzabella Melkumyan oğurlanmada Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyanın mühafizəçilərini ittiham edib.

Melkumyanın fikrincə, mübahisəyə səbəb onun ərinin "Taron-avia” aviaşirkətinin sahibi Qarnik Papikyana borclu olması, sonuncunun isə borcu qaytarmaq üçün EFF prezidentinə yardım üçün müraciət etməsidir.

Qadın EFF prezidentinin onun ərini həmin ərəfədə Ayrapetyana məxsus olan "Arsnakar” restoranı yaxınlığında yerləşən kafeyə dəvət etdiyini deyib. Melkumyan bəyan edib ki, ərini kafedə olanların gözü qarşısında döyməyə başlayıblar.
 
Onun sözlərinə görə, daha sonra EFF prezidentinin mühafizəçiləri Avetisyanı yaxınlıqda olan futbol akademiyasının binasına aparıblar. Hadisə ötən şənbə baş verib.

Polisin sözlərinə görə, hal-hazırda Avetisyan İrəvanda "Erebuni” xəstəxanasının çənə-üz cərrahiyyəsi şöbəsindədir. Nor-Nor polis şöbəsində "Air Armenia”nın rəhbərinin oğurlanması və döyülməsi faktı üzrə istintaq aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb