İrəvandan gülünc bəyanat: Qarabağa görə müqavimət...

17:13 | 17.07.2018
İrəvandan gülünc bəyanat: Qarabağa görə müqavimət...

İrəvandan gülünc bəyanat: Qarabağa görə müqavimət...

Ermənistan NATO ilə əməkdaşlığını Əfqanıstan və Kosovadakı sülhməramlı missiyalar çərçivəsində davam etdirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu "Kommersant” qəzetinə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Onun sözlərinə görə, bunun sayəsində Ermənistan NATO ilə aktiv əlaqələrə sahib olan Azərbaycan kimi geniş təcrübəyə sahiblənərək, Bakıya qarşı Qarabağla bağlı müqavimətin effektivliyini artırmaq istəyir:

"Azərbaycanlı zabitlər Türkiyədə təhsil alırlar. NATO ilə əməkdaşlıq edərək biz bu strukturu anlamağa və Azərbaycan ordusunun necə çalışdığını başa düşməyə çalışırıq”.

O, həmçinin Ermənistanın bundan sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacağını bildirib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb