İrlandiya – Azərbaycan matçının vaxtı dəqiqləşib

15:00 | 26.02.2018
İrlandiya – Azərbaycan matçının vaxtı dəqiqləşib

İrlandiya – Azərbaycan matçının vaxtı dəqiqləşib

Azərbaycan millisinin 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi daha bir oyunun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələrinin İrlandiya ilə səfər matçının start fitinin veriləcəyi an dəqiqləşib.

Martın 27-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Oyun Dublinin "Talla” stadionunda keçiriləcək.

Qeyd edək ki, yığmamız növbəti oyununa martın 22-də çıxacaq. Mitrovitsanın Adem Yaşari Olimpiya Stadionundakı görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM