Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərar qəbul edib. Bu barədə partiyanın iyulun 4-də keçirilən iclasında yekun qərar verilib.
Hazırda Müsavar Partiyasının başqanı İsa Qəmbərdir. Mətbuatda onun parlament seçkilərində namizəd olacağı ilə bağlı məlumatlar paylaşılıb.
İndiyə qədər 3 siyasi partiya Mərkəzi Seçki Komissiyasında seçkilərdə iştirakı ilə bağlı qeydiyyata alınıb.
Belə ki, REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri MSK tərəfindən təsdiqlənib.
Eyni zamanda Yeni Azərbaycan Partiyası da bir gün öncə keçirilən iclaslarında öz səlahiyyətli nümayəndələrini təyin edib.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !