İşgəncə yolu ilə ifadə almaq praktikasına son qoyulur

11:08 | 22.11.2013
İşgəncə yolu ilə ifadə almaq praktikasına son qoyulur

İşgəncə yolu ilə ifadə almaq praktikasına son qoyulur

Çinin Ali Məhkəməsi işgəncə yolu ilə ifadə almaq praktikasına son qoyub. "Yeni Müsavat"ın xəbərinə görə, məhkəmənin hökmünə əsasən dondurulma, aç və susuz saxlanma kimi işgəncə üsullarından istifadə edilməyəcək.

 

Çində qanun baxımından işgəncə qadağan edilmişdi, lakin fəallar ittiham reytinin 100 faiz təşkil etdiyi bu ölkədə işgəncədən istifadə edildiyini deyir.

 

İşgəncə metodlarından Kommunist partiyasının dissiplin sistemində də istifadə edilirdi. Məsələyə sentyabr ayında partiya üzvünün ölümündən sonra diqqətlər yönəlmişdi. Onun başının suda saxlanması ilə boğulduğu deyilir.  

 

Ali Məhkəmənin qərarı fəallar tərəfindən alqışlanıb. Lakin onlar məhkəmənin partiyanın nəzarətində olduğu üçün qərarın həyata tətbiqinin asan olmayacağını deyir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb