"İsgəndər" raketi nüvə silahıdırmı? Atomdurmu?” - Hərbi Ekspert

13:16 | 26.04.2016

"İsgəndər" raketi nüvə silahıdırmı? Atomdurmu?” - Hərbi Ekspert

Aprelin əvvəlində Ermənistanla Azərbaycan arasında baş verən 4 günlük müharibədən sonra qarşı tərəf təxribatlarından əl çəkmir. Onlar Azərbaycanı irimiqyaslı silahlarının olması ilə hədələyirlər. Ermənistan mühəndis qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan uzun müddət gizli saxlanılsa da, "İsgəndər” raketlərinin ölkə ərazisində olduğunu etiraf edib. Bundan başqa, Ermənistanın hərbi ekspertləri 4 günlük müharibəni "kəşfiyyat müharibəsi” adlandırırlar.

Erməni zabitlərinin və hərbi ekspertlərinin iddilarının hərbi ekspert Üzeyir Cəfərli ANN.Az-a şərh edib.
 

Hərbi ekspert - Üzeyir Cəfərli

Hərbi ekspert Üzeyir Cəfərli aprel ayından baş verən 4 günlük müharibədə Azərbaycanın ordunun bütün gücündən istifadə etmədiyini bildirdi: "Yəni onların bizə tərəf göndərdiyi kəşfiyyat diversiya qrupuna qarşı bizim xüsusi təyinatlılar cavab tədbirləri həyata keçirdilər. Çox qısa müddətdə bizim kəşfiyyatçılar tək ərazilərimizə soxulamağa cəhd edən erməniləri yox, onların köməyinə gələn (Ermənistandan, o cümlədən Qarabağdan) xeyli sayda qüvvələri zərərsizləşdiriblər. Həqiqətən də kəşfiyyatçılarımız bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər. Yəni kəşfiyyat apara-apara onların yerlərini müəyyən edərək, maneələri aradan qaldırıblar. Bizim üçün qürurvericidir ki, xüsusi təyinatlılarımız erməniləri oturduğu yerdə zərərsizləşdiriblər. Bu həqiqəti gizlətmirik”.

"Ermənistan "İsgəndər" raketi ilə nə edəcək? "İsgəndər" raketi nüvə silahıdırmı? Atomdurmu?”
 

"İsgəndər-M” kompleksi (9K720)
"Ermənistan rəhbərliyi və Silahlı Qüvvəllərinin zabitləri aprelin əvvəlində yaşadıqları güclü sarsıntından sonra, sərsəm bəyanatları ilə özlərinə təskinlik verməyə çalışırlar. Ermənilər gah Mingəçevir su anbarını partladacaqlarını,  gah Sərsəng su anbarını vuracaqlarını, gah da Bakıda hansısa terror əməliyyatları törədəcəklərini deyiblər. İndisə erməni general Ermənistanın "İsgəndər" raketinin olduğunu deyir. Onlar "İsgəndər" raketi ilə nə edəcəklər? "İsgəndər" raketi nüvə silahıdırmı? Atomdurmu? Ermənilər unudurlar ki, Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan müdafiə sistemi keçmiş SSRİ məkanında və dünyada ən müasir avadanlıqlarla təchiz olunub. Hərbi Havva qüvvələrimiz düşmənin hədəflərini daima nəzarətdə saxlamağı bacarırlar. Bundan başqa Azərbaycanın Radiolokasiya sistemi var ki, onun vasitəsilə hər şeyi izləyə bilirik. Ermənilər "İsgəndər" raketlərinin olduqlarını deyirlər, unutmasınlar ki, Azərbaycanın da kifayət qədər kompleksləri var. Ermənilər özləri üçün nə istəyirlər desinlər, hətta dünyanı batıra biləcək silahlarının olduğunu desinlər, onlar sadəcə əhali arasında olan panikanı yatırmağa çalışırlar”, – deyə Ü.Cəfərli bildirib.

Ekspert daha sonra Rusiya siyasi və hərbi rəhbərliyin indi də yeni-yeni hiylələrlə başımızı qatmağa çalışdığını vurğulayıb: "Hadisələrin ilk günündə də mətbuat vasitəsiylə bəyan etmişdim ki, bu açıq şəkildə ölkəmizə qeyri-səmimi münasibət bəsləyən Putin-Lavrov cütlüyünün oturub fikirləşdiyi və heç də xoş olmayan məkrli məqsəd daşıyan bir siyasətidir ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu addımlarının qarşısı alınsın. Əminliklə deyə bilərəm, Ermənistan tərəfi Rusiyadan konkret tapşırıq və göstəriş alıb ki, yaxın günlərdə cəbhədə vəziyyəti daha da gərginləşdirsin və ləkələnmiş işğalçı-havadar imiclərini xilas etmək üçün Silahlı Qüvvələrimizə qarşı əməliyyatlar həyata keçirsinlər. Bu məqsədlə artıq Ruisya Federasiyasının vətəndaşları olan və milliyətcə erməni olan xeyli sayda separatçı qüvvələri təlimatlandıraraq Ermənistana göndəriblər. Həmin qüvvələr də artıq lazımı şəkildə təlimat aldıqdan sonra Azərbaycanın işğal altında olan torpaqlarına paylanılıblar. Putinin icazəsi olmadan inanmıram ki, həmin o çiyinlərinə Rusiya Silahlı Qüvvələrinin general-mayor, polkovnik və podpolkovnik paqonlarını taxan cinayətkar ermənilər asanlıqla dövlət sərhədlərini keçib Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərinə gələ bilərdilər. Bu heç cür mümkün olmazdı. Deməli, siz bir tərəfdən Azərbaycan tərəfdən xahiş edirsiniz ki, biz terrorçuları ərazilərimizdən təmizləməyək. Digər tərəfdən də 20 ildən artıq müddətdə məhz sizin dolayı dəstəyiniz vasitəsiylə bizim heysiyyatımızla oynayan Ermənistana təkcə mənəvi deyil, artıq maddi dəstək də göstərməyə başlamısınız”.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb