İŞİD fitva verdi: “Məsciddə Quran oxumaq haramdır”

14:42 | 14.07.2014
İŞİD fitva verdi: “Məsciddə Quran oxumaq haramdır”

İŞİD fitva verdi: “Məsciddə Quran oxumaq haramdır”

İŞİD terror təşkilatı cümə namazından qabaq məscidlərdə Quran oxumağın haram olmasına dair yeni fitva verib.

Axar.az “Şəbistan” xəbər agentliyinə istinadən xəbər verir ki, Əl-Ənbara məxsus polis orqanlarının əməkdaşı İŞİD-in yeni bir fitva verdiyini bildirib. Onun bildirdiyinə görə, terror təşkilatı Fəllucədə xətiblərin məscidə girişinə mane olaraq onlara Quran oxumağı qadağan ediblər.Bundan əlavə İŞİD üzvləri əhalinin vəfat etmiş əzizlərinə məscidlərdə yas tutmasına da icazə vermir.Mənbənin bildirdiyinə görə, İŞİD üzvləri cümə namazından əvvəl və sonra Quran oxunmasının əleyhinədir və onlar bu işin bidət olduğunu iddia edir. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM