"İŞİD-i Türkiyə yaradıb, onları dəstəkləyib" - Əsəddən sensasion açıqlama

12:28 | 14.10.2016

"İŞİD-i Türkiyə yaradıb, onları dəstəkləyib" - Əsəddən sensasion açıqlama

Türklər İŞİD və "An-Nusra” terror təşkilatlarını dəstəklədikləri üçün hazırda öz əsl məqsədlərini gizlədirlər.

ANN.AZ azvision.az-a istinadən xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd "Komsomolskaya Pravda”ya müsahibəsində bildirib:

"İŞİD-i Türkiyə yaradıb, onları dəstəkləyib, Ərdoğanın oğlu və ona yaxın şəxslər vasitəsilə bizim neftimizi öz əraziləri vasitəsilə satılması üçün şərait yaradıblar. Onların hamısının İŞİD-lə bağlılığı var. Bütün dünya bunu bilir. Türklər iddia edirlər ki, bombardmanlar, hərbçilər və yerli qüvvələr hesabına İŞİD-ə qalib gəliblər. Əslində isə onlar ərazilər üzərində nəzarəti İŞİD-in əlindən alıb, öz yetişdirdikləri qüvvələrə ötürür. Bu digər ölkələr üçün sadəcə oyundur.

Ərdoğanın əsas məqsədi "Ən-Nusra”nı dəstəkləməkdir. Ərdoğanı Suriyanın gələcəyində öz rolunu oynamaq istəyir. O, son illər İŞİD-lə əlaqələrinə görə, dünya tərəfindən təcrid olunduğunu hiss edir. Ərdoğanın ideologiyası "Müsəlman qardaşları”nın ekstremist və zorakı ideologiyası ilə birgə yeni Sultan ideologiyasının qarışığıdır. Bu iki ideologiyanı birləşdirməklə o, region üzərində nəzarəti bərpa etmək niyyətindədir. Məhz buna görə, o Suriya daxil olmaqla hər bir ölkədə "Müsəlman qardaşları” hərəkatını dəstəkləyir”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM