İŞİD-in Liviyadakı lideri məhv edilib

09:59 | 15.11.2015
İŞİD-in Liviyadakı lideri məhv edilib

İŞİD-in Liviyadakı lideri məhv edilib

 İŞİD terror qruplaşmasının Liviyadakı qolunun lideri Əbu Nabil ABŞ təyyarələrinin zərbələri nəticəsində məhv edilib. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.   
 
Qurumun rəsmi nümayəndəsi Piter Kukun sözlərinə görə, Əbu Nabilin ölümü İŞİD-in Liviyadakı mövqeyini zəiflədəcək.  
 
Kuk qeyd edib ki, Əbu Nabilin məhv edilməsi əməliyyatı hakimiyyət qurumları ilə razılaşdırılıb və Parisdə törədilən terror aktlarından xeyli əvvəl planlaşdırılıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti