İŞİD-in məşhur "Başkəsən" komandiri öldürüldü - VİDEO

10:10 | 23.10.2014
İŞİD-in məşhur "Başkəsən" komandiri öldürüldü - VİDEO

İŞİD-in məşhur "Başkəsən" komandiri öldürüldü - VİDEO

Mosul su anbarı cəbhəsində Peşmərgə gücləri İŞİD-in Abdulbari Hakavi adlı əmirini və məşhur "Başkəsən" komandirini qətlə yetirib.
ANN.Az xəbər verir ki, kürd televiziya kanalı "Rûdaw"a danışan yüksək çinli Peşmərgə rəsmisi İŞİD-in "Əbu Kahta" olaraq tanınan Abdulbari Hakavi və təşkilatın daha iki nüfuzlu hərbi şəxsinin öldürüldüyünü bildirib: "Öldürülən şəxslərdən biri, xalq arasında "Başkəsən" adıyla tanınan komandirdir".
Peşmərgə rəsmisi öldürülənlər arasında Əbu Kahtanın (Abdulbari Hakavi) köməkçisi Mahri Əbu Casımın də olduğunu söyləyib.
Digər tərəfdən, ABŞ hərbi hava qüvvələrinin son 2 gündə İŞİD-in  Suriya və İraqdakı hədəflərinə qarşı 18 hava hücumu təşkil edildiyi qeyd olunur. Hücumlar nəticəsində İŞİD-in silah anbarları, binaları, məntəqələri və hərbi maşınları məhv edilib.
Koalisiya qüvvələrinin İraqdakı 12 hava hücumunun isə Mosul Anbarı yaxınlarında reallaşdırıldığı açıqlanıb. 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb