“İslam koalisiyasının yaradılması İslamı terrorla əlaqələndirənlərə ən yaxşı cavabdır”

19:04 | 15.12.2015
“İslam koalisiyasının yaradılması İslamı terrorla əlaqələndirənlərə ən yaxşı cavabdır”

“İslam koalisiyasının yaradılması İslamı terrorla əlaqələndirənlərə ən yaxşı cavabdır”

"Terrorizmə qarşı İslam koalisiyasının yaradılması İslamı terrorla əlaqələndirmək istəyənlərə ən yaxşı cavabdır.”
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, terrorizmə qarşı İslam koalisiyasının yaradılması barədə təklif Səudiyyə Ərəbistanından gəlib: "Bizim Səudiyyə Ərəbistanı ilə həmişə yaxın və sıx əməkdaşlığımız olub. Biz İslam koalisiyasının yaradılması məsələsinin müzakirə olunduğu görüşə Səudiyyə Ərəbistanı tərəfindən dəvət almışıq. Türkiyə bu koalisiyada iştirak etməyə hazırdır”.
 
Baş nazirin sözlərinə görə, bu koalisiyanın yaradılması irəliyə doğru müsbət addımdır.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir. Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM