İslandiya Azərbaycana sərmayə yatıracaq

12:08 | 08.10.2016
İslandiya Azərbaycana sərmayə yatıracaq

İslandiya Azərbaycana sərmayə yatıracaq

İslandiyanın "CreditInfo" şirkəti yaxın aylarda Azərbaycanda əhəmiyyətli sərmayələr qoymağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu "CreditInfo"nun biznes inkişafı üzrə direktoru Pol Rendel Bakıda keçirilən VIII Azərbaycan Mikromaliyyə Konfransında deyib.

Onun sözlərinə görə, ölkədə özəl kredit bürosunun yaradılması çərçivəsində birgə "CreditInfo Azerbaijan" şirkəti təsis ediləcək: "Onu səhmdarları banklar, mikromaliyyə təşkilatları və digər strukturlar olacaqlar".

P.Rendel qeyd edib ki, "Özəl kredit bürosu" haqqında qanun layihəsi yaxın həftələrdə Azərbaycanda qəbul ediləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb