İsmayıllıda turistlər üçün pulsuz “Wi-Fi” olacaq

13:41 | 15.08.2016
İsmayıllıda turistlər üçün pulsuz “Wi-Fi” olacaq

İsmayıllıda turistlər üçün pulsuz “Wi-Fi” olacaq

İsmayıllı rayon Lahıc Bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbənin bazar küçəsində bələdiyyənin təşkilatçılığı ilə turistlərə pulsuz "Wi-Fi” internet xidmətinin göstərilməsinə başlanılıb.

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bələdiyyənin yaydığı məlumata görə, bələdiyyənin əsas məqsədi gələn turistlərə göstərilən ximətlərin sayını və keyfiyyətini artırmaqdır.

Bələdiyyə iclasının qərarıyla artıq digər xidmət səviyyəsinin ölçülməsi üçün işçi qrupu yaradılıb. 
Mütəmadi olaraq işçi qrupunun üzvləri turistlər arasında sorğu keçirərək xidmət səviyyəsini öyrənəcəkdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb