İspaniya “Qızıl viza" proqramını ləğv edəcək

18:47 | 08.04.2024
İspaniya “Qızıl viza

İspaniya “Qızıl viza" proqramını ləğv edəcək

İspaniyada daşınmaz əmlaka böyük sərmayə qoyan əcnəbilərə yaşamaq hüququ verən "Qızıl viza” proqramı ləğv ediləcək.
 
"Reuters” xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez jurnalistlərə açıqlamasında bildirib.

Proqram İspan daşınmaz əmlakına ən azı 500.000 avro (541.250 ABŞ dolları) sərmayə qoyan qeyri-Aİ vətəndaşlarına üç il ərzində ölkədə yaşamaq və işləmək üçün xüsusi icazə verir.
 
İspaniyada Qızıl Vizadan faydalananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirib. Bundan daha çox Çin, ABŞ, Rusiya və İran vətəndaşları faydalanıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb