İsrail ordusu Ancelina Coli və Bred Pitə təlimat keçib

10:14 | 12.09.2014
İsrail ordusu Ancelina Coli və Bred Pitə təlimat keçib

İsrail ordusu Ancelina Coli və Bred Pitə təlimat keçib

Hollivud aktyorları Ancelina Coli və Bred Pitin bərabər rol alacağı filmdəki bəzi səhnələr üçün İsrail ordusundan təlimlər aldığı iddia olunur.

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, bugünlərdə Fransada rəsmi nikaha girən Ancelina Coli və Bred Pit döyüş səhnələri ilə bol olacaq yeni filmin çəkilişlərinə hazırlaşırlar.İngiltərənin "Mirror" qəzetinin yazdığına görə, cütlük film üçün lazım olan bir çox təlimləri İsrail ordusundan alır.Deyilənlərə görə, Ancelina Colinin yazdığı və rejissoru olacağı "By the Sea" adlı filmdə əsas qəhrəmanları oynayacaq cütlük bununla bağlı ciddi təlimlərdən keçib."By the Sea" filmi Ancelina Colinin rejissorluq edəcəyi 4-cü layihəsidir. O, bir il bundan əvvəl 1 sənədli, 2 bədii filmə rejissorluq etmişdi.Yeni filmin 2015-ci ildə ABŞ-da təqdim olunacağı bildirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti