İstanbula gedən azərbaycanlıların sayı açıqlandı

20:40 | 11.10.2016
İstanbula gedən azərbaycanlıların sayı açıqlandı

İstanbula gedən azərbaycanlıların sayı açıqlandı

Cari ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərinə ziyarət edən əcnəbilərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,6% azalıb. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Turizm və Mədəniyyət Müdirliyinin açıqladığı hesabatda qeyd olunub. 

Ötən ilin sentyabrında şəhəri 1 milyon 205 min 89 nəfər ziyarət edib. Bu il isə bu rəqəm 800 min 675-ə enib. İlin 9 ayında isə ziyarətçi sayı 26,4% azalma ilə 7 milyon 75 min 482 nəfər olub. 

2016-ci ilin yanvar-sentyabr aylarında İstanbula gələn əcnəbilər arasında milliyyətlərin təsnifatı aşağıdakı kimi olub. 

Almanlar 11,1%, iranlılar 7%, Səudiyyə Ərəbistanlılar 5,5%, ingilislər 4,1%, fransızlar 4%, amerikalılar 3,7%, ukraynalılar 3,1, ruslar 3,1%, hollandiyalılar 2,9%, iraqlılar 2,8%, azərbaycanlılar 2% (140 mindən çox - red.), küveytlilər 2%, italyanlar 1,8%, çinlilər 1,6%, digər ölkələr 43,5%.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM