İstanbulda atışma: 1 ölü, 1 yaralı - YENİLƏNİB - FOTOLAR

16:06 | 15.06.2016
İstanbulda atışma: 1 ölü, 1 yaralı - YENİLƏNİB - FOTOLAR

İstanbulda atışma: 1 ölü, 1 yaralı - YENİLƏNİB - FOTOLAR

Türkiyənin İstanbul şəhərində polis əməkdaşları ilə şübhəli şəxslər arasında silahlı atışma olub.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Arnavudköy rayonunda baş verib.

Məlumata görə, Hadımköy qəsəbəsinin Sardunya küçəsində şübhəli şəxsi həbs etmək istəyən polis əməkdaşlarına pompalı tüfənglə atəş açılıb.

Nəticədə 2 polis yaralanıb. Onlardan birinin Arnavudköy Rayon Polis İdarəsinin rəisi olduğu bildirilir. 

Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım maşını göndərilib. Eyni zamanda xüsusi təyinatlı polis dəstələri və polis helikopteri də əraziyə cəlb edilib. 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb