İstanbulda polis spirtli içkilərə qarşı əməliyyat keçirdi

09:47 | 13.09.2014
İstanbulda polis spirtli içkilərə qarşı əməliyyat keçirdi

İstanbulda polis spirtli içkilərə qarşı əməliyyat keçirdi

Əməliyyatda 1500 polis iştirak edib

İstanbulun Güngörən rayonunda geniş miqyaslı əməliyyat keçirilib. 

ANS PRESS-in məlumatına görə, İstanbulun Güngörən rayonunda 1500 nəfərlik polis heyətinin iştirakı ilə gözlənilməz əməliyyat baş tutub. Əvvəlcə, İstanbul polis idarəsinin tabeliyində olan polis işçiləri ötən gün axşam saatlarında Güngörən stadionu önündə toplaşıblar. Burada hamı təlimatlandırıldıqdan sonra müxtəlif istiqamətlərdə hərəkətə keçiblər. 

Qruplar küçə və prospektlərdə içkili şəxsləri müəyyənləşdirərək onların üzərində axtarış keçirib, şəxsiyyətləri haqqında izahat tələb ediliblər. 

İçkili olmayan vətəndaşlar isə polis nəfərlərinin onlara qəfil yaxınlaşmasından ehtiyat edərək, qorxuya düşüblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb