İsveç NATO-ya çıxış verir

17:08 | 26.05.2016
İsveç NATO-ya çıxış verir

İsveç NATO-ya çıxış verir


Mayın 25-də İsveç parlamenti 291-21 səs çoxluğuyla NATO-nun təlimlər keçirməsi, yaxud müharibə baş verərsə, bu ölkəyə daha böyükmiqyaslı girişinə icazə verib.

İsveç neytral ölkədir, NATO üzvü deyil, ancaq son zamanlar Rusiyayla gərginlik üzündən NATO-ya yaxınlaşır, Danimarka, Norveç, İslandiya kimi NATO üzvlərilə əməkdaşlıq edir, Əfqanıstanda əməliyyatlarda iştirak edir.

Müdafiə naziri Peter Hultqvist deyib ki, bu razılaşma NATO ilə münasibətə, yaxud ölkənin təhlükəsizlik siyasətinə təsir göstərməyəcək, tərəfsiz qalacaqlar. "İsveç torpağına dəvətsiz NATO əsgəri girməyəcək”.

İsveçin NATO-ya yaxınlaşması Moskvanı qəzəbləndirir. Apreldə Xarici işlər naziri Sergei Lavrov deyib ki, İsveç NATO-ya qoşularsa, Rusiya qeyri-müəyyən addım atacaq. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb