İt ailəni zəhərli ilandan qorudu, öz həyatını itirdi – Video

19:48 | 06.03.2019
İt ailəni zəhərli ilandan qorudu, öz həyatını itirdi – Video

İt ailəni zəhərli ilandan qorudu, öz həyatını itirdi – Video

İtləri əbəs yerə sədaqətli heyvan saymırıq. Hindistanda it ev sahibini zəhərli ilandan qoruyarkən ölüb.
Bizimyol.info xəbər verir ki, hadisə Odişa ştatının Bhubaneşvar şəhərində baş verib. Tayson ləqəbli it gecə saat 2-də hürərək, sahibini təhlükə haqda xəbərdar edib. Bu vaxt zəhərli ilan evə daxil olmağa hazırlaşırmış. Tayson sürünənin üzərinə atılıb, onu sıradan çıxarmağı bacarıb. Amma ev sahibi Amin Şərif yetişəndə itin vəziyyətinin xarab olduğunu görüb. İlan iti üzündən sancıbmış. Sədaqətli heyvanın həyatını xilas etmək mümkün olmayıb.
Sürünənlərin tədqiqi ilə məşğul olan Subhendu Mallik deyir ki, it hind kobrası ilə üz-üzə gəlibmiş. Bu ilanın isə 140 iti məhv edəcək qədər zəhəri var.
Amin Şərif itin ölümündən çox sarsıldıqlarını deyir. Aminin nənəsi həyətdə çox gəzir, ilanla qarşılaşması mümkün idi. Sahibi Taysonu heç vaxt unutmayacaqlarını bildirir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb