İTV-dən "İdman Azərbaycan"a “badalaq”

18:01 | 09.09.2014
İTV-dən "İdman Azərbaycan"a “badalaq”

İTV-dən "İdman Azərbaycan"a “badalaq”

Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə qrup mərhələsindəki bütün ev və səfər oyunları İctmai Televiziya (İTV) vasitəsilə canlı yayımlanacaq. Bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Deportamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib. Nərimanoğlunun sözlərinə görə, AVRO-2016-nın seçmə və final mərhələrinin yayım hüququ Avropa Yayım Birliyini tərəfindən Azərbaycanda əməkdaşlıq etdiyi İTV-yə verilib. AFFA rəsmisi "İdman Azərbaycan” telekanalının nəinki yığmamızın oyunları, hətta digər matçlar üçün İTV-dən sublisenziya almasını qeyri-mümkün sayıb: "UEFA sublisenziyaya icazə vermir”.Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan matçı saat 21:00-dan etibarən İTV-dən canlı yayımlanacaq. Bu telekanal həmçinin ötən iki gün ərzində Almaniya - Şotlandiya və İsveçrə - İngiltərə matçlarını ekranlara gətirib.  ANN.AzMənbə: Sportnet.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb