“Çixura” - “Neftçi” qarşılaşması 1 dəqiqəlik sükutla başlayacaq

10:38 | 06.08.2014
“Çixura” - “Neftçi” qarşılaşması 1 dəqiqəlik sükutla başlayacaq

“Çixura” - “Neftçi” qarşılaşması 1 dəqiqəlik sükutla başlayacaq

Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Çixura” (Gürcüstan) - “Neftçi” (Azərbaycan) qarşılaşması 1 dəqiqəlik sükutla başlayacaq.Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu klubunun təşəbbüsü ilə dünya miqyasında tanınan futbolçu Ələkbər Məmmədovun xatirəsi Tiflisdəki matçda anılacaq.Belə ki, “Neftçi” bir neçə gün öncə dünyasını dəyişən futbol veteranını yad etmək üçün UEFA-ya müraciət ünvanlamışdı. Avropa futbol qurumu da bu məsələyə baxdıqdan sonra “Çixura” – “Neftçi” matçının 1 dəqiqəlik sükutla başlanmasına razılıq verib.Qeyd edək ki, oyun avqustun 7-də keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM