İzmirdə ADR 100 illiyinə həsr olunmuş konfrans keçirilib

21:24 | 09.05.2018
İzmirdə ADR 100 illiyinə həsr olunmuş konfrans keçirilib

İzmirdə ADR 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Türkiyənin İzmir şəhərində yerləşən Egey Universitetində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Konfransın işinə  Egey Universitetinin  rektor  müavini  Mehmet Ersan, Təhsil Fakültəsi dekan müavini Hülya Yılmaz, Ege Universiteti Atatürk İlke və İnqilabı Tarixi Araşdırma və Tətbiq Mərkəzi direktoru Həsən Mert, coğrafiyaşünas alim Aydın İbrahimov, tarixçi alim Aydın Balayev, müəllim və tələbələr qatılıb. 

Panelin açılışında danışan Egey Universiteti rektor müavini  Mehmet Ersan bildirib ki , mərhum prezident Heydər Əliyevin bir millət, iki dövlət fikri bəzi ittihamların şüarı kimi səslənə bilər, ancaq bu həqiqətən tariximizi xülasə edən bir sözdür.
 
"Adriyatikdən Çindəki Böyük Divara qədər Türk Dünyası adlanır, ancaq bunların mərkəzində iki dövlət durur - biri Azərbaycan digəri isə Türkiyədir.  Atatürk demiş  "Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir"d, deyə rektor müavini vurğulayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb