"İzvestiya": Sergey Lavrovla Serj Sarkisyan arasında görüş çox gərgin keçib

15:27 | 23.04.2016

"İzvestiya": Sergey Lavrovla Serj Sarkisyan arasında görüş çox gərgin keçib

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan prezidenti Serj Sarkisyan arasında ötən günki görüş çox gərgin keçib.
 
Bu barədə "İzvestiya” qəzeti Rusiyanın İrəvandakı səfirlikdəki mənbəyə istinadən yazıb.
 
Bildirilir ki, Dağlıq Qarabağ mövzusu bütün Ermənistan əhalisi üçün ağrılı mövzu olduğuna görə görüş belə məcrada keçib: "Rusiyanın İrəvandakı nümayəndəliyi bu ölkədə artıq işləyə bilmir. Rusiyanın həm Azərbaycana, həm də Ermənistana silah satdığını bilən sadə ermənilər Rusiyaya ehtiyatla yanaşmağa başlayıblar. Onlar 4 günlük müharibədə əzizlərini, yaxınlarını itiriblər. Həmçinin Moskva Rusiya mövqeyini təbliğ edəcək erməni QHT-lərini artıq maliyyələşdirmir. ABŞ-ın erməni müxalifətini maliyyələşdirməklə adi vətəndaşları Rusiyaya qarşı necə çevirdiyi hamıya məlumdur”.
 
Qəzet onu da yazır ki, İrəvan sakinləri arasında apardığı sorğu nəticəsində Rusiyaya qarşı narazılığın baş qaldırdığı müşahidə olunur. Sorğuda iştirak edənlərin  əksəriyyəti Ermənistanda Rusiyanın iki hərbi bazası (Gümrüdəki 102-ci baza və İrəvanın Erebuni rayonundakı aviasiya bazası) olmasına baxmayaraq, aprelin 2-də Dağlıq Qarabağdakı döyüş toqquşmaları baş verərkən rusiyalı partnyorlarının onlara kömək etməməsindən narazılıq ifadə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM