Jirinovski həbs təhlükəsi ilə üz-üzə

16:57 | 23.04.2014
Jirinovski həbs təhlükəsi ilə üz-üzə

Jirinovski həbs təhlükəsi ilə üz-üzə

Rusiya Millətlər Asambleyası (RMA) Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin (AzərRos) Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin təxribat xarakterli çıxışları ilə bağlı müraciətinə cavab verib.ANS PRESS-in məlumatına görə, Rusiya Millətlər Asambleyası AzərRos-un müraciətini dəstəkləyib və Vladimir Jirinovskinin Azərbaycanlılarla bağlı dediyi fikirlər qınanılıb.“Vladimir Jirinovski birinci dəfə deyil ki, digər millətlərin nümayəndələrinə qarşı qeyri-etik hərəkətlər edir, sözlər deyir. Onun fikirləri millətlərarası vəziyyətin korlanmasına şərait yaradır və Rusiyada yaşayan müxtəlif xalqlara qarşı ksenofobiyanın artmasına səbəb olur”, deyə Rusiya Millətlər Asambleyasının bəyanatında deyilir.Bildirilir ki, RMA yuxarıda qeyd edilənləri nəzərə alaraq “AzerRos”un V.Jirinovski ilə bağlı Rusiya Federasiyası Baş Prokurorluğu, Rusiya Prezident Administrasiyası və Rusiya Dövlət Dumasına göndərdiyi müraciəti dəstəkləyirik. Müraciətdə Vladimir Jirinovski haqqında cinayət işinin açılması tələb olunur.Rusiyanın bütün millətlərin yaşadığı ölkə olduğu qeyd edilən bəyanatda Vladimir Jirinovskinin digər millətlər haqqında söylədiyi fikirlər qınanılır.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM