Joze Mourinyo: "Mançinini şəhərdən qovaram"

17:03 | 18.12.2013
Joze Mourinyo: "Mançinini şəhərdən qovaram"

Joze Mourinyo: "Mançinini şəhərdən qovaram"

"Qalatasaray"ın Çempionlar Liqasının 1/8 finalında "Çelsi"yə rəqib olmasından sonra iki komandanın baş məşqçisi ilə bağlı maraqlı bir fakt ortaya çıxıb. Fanat.az xəbər verir ki, Türkiyə mətbuatı Joze Mourinyo və Roberto Mançini arasında ötən mövsüm reallaşan söz duelini xatırlayıb.
2004-cü ildə "İnter"in başına keçən Mançini ardıcıl 3 dəfə İtaliya çempionu olsa da, komandaya Avropada uğur qazandıra bilməmişdi. Bu səbəbdən 2007-ci ildə qovulan mütəxəssisi Mourinyo əvəzləmiş və "İnter"i Çempionlar Liqasının qalibi etmişdi.
Belə ki, ötən mövsüm "Real"ı çalışdıran Joze Mouryino ilə "Mançester Siti"yə başçılıq edənr Roberto Mançini Çempionlar Liqasının D qrupunda rəqib olmuşdu. Mançesterdə baş tutan və 1:1 hesabı ilə başa çatan oyundan sonra Mourinyo Mançini haqqında bu sözləri işlətmişdi: "Mançester Siti"nin prezidentinin yerinə olsam, bu qrupdan çıxmağı bacarmadığı tədqirdə Mançinini şəhərdən qovardım".
Mançini isə Mourinyoya belə cavab vermişdi: "Mourinyo mənim nə prezidentim, nə də sahibimdi. Onun sözləri mənim üçün maraqlı deyil. Mourinyo hər şey haqqında danışmaq istəyir. Amma bunlar mənə maraqlı gəlmir. Bəzən onun qısqanc insan olduğunu düşünürəm. Təbbi ki, burda 20 il qalmayacam". 
Fanat
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb