Jurnalistlər ADNSU-da imtahan prosesini izləyiblər - Fotolar

17:12 | 07.01.2016
Jurnalistlər ADNSU-da imtahan prosesini izləyiblər - Fotolar

Jurnalistlər ADNSU-da imtahan prosesini izləyiblər - Fotolar

Yanvarın 7-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib. Mediaturda 20-dən çox KİV nümayəndəsi iştirak edib.

ANN.Az xəbər verir ki, mediatur təhsil nazirinin "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilib.

Mediatur zamanı mətbuat təmsilçilərinə məlumat verilib ki, universitetdə 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə müvafiq işlər görülüb. İmtahanlarda şəffaflığın qorunması üçün valideynlərin iştirakına əlverişli şərait yaradılıb. Bununla əlaqədar universitetdə xüsusi elanlar da yazılıb. Hər bir tələbənin valideyni şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanlarda iştirak edə bilər.

İmtahan Mərkəzindən başlayan tanışlıq zamanı media nümayəndələrinə bildirilib ki, universitetdə imtahanlara hazırlıq işlərinə ötən ilin dekabr ayının əvvəllərindən start verilib. Qeyd olunub ki, qiyabi bölmə üzrə imtahanlar dekabrın 22-dən, əyani bölmə üzrə isə dekabrın 29-dan başlayıb.

İmtahan Mərkəzində 7 fakültənin və SABAH qruplarının imtahan verəcəyi auditoriyaların, eləcə də imtahana nəzarət edəcək müəllimlərin siyahısı müəyyənləşdirilib. Mərkəzdə hər bir fakültənin adı, qrupun, tələbənin imtahan verəcəyi fənn və otaq nömrəsi qeyd olunan qovluqlar hazırlanıb. Hər bir qovluğa imtahan verən qrup tələbələrinin sayına görə bilet və möhürlənmiş boş cavab vərəqləri yerləşdirilib.

Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib, İnformasiya Kommunikasiya Texnologiyaları və İnnovasiya Texnologiyaları Transfer mərkəzlərində imtahan cavablarının yoxlanılması prosesi ilə tanış olublar.

Mediatur çərçivəsində ADNSU-nun rektoru Mustafa Babanlı KİV nümayəndələri ilə görüşüb. M.Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsində imtahanlara hazırlıq işinin təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi üzrə yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb