Kadırov: Çeçen xalqı əmindir ki, Rusiya ilə birgə olmaq düzgün qərardır

21:47 | 15.04.2016
Kadırov: Çeçen xalqı əmindir ki, Rusiya ilə birgə olmaq düzgün qərardır

Kadırov: Çeçen xalqı əmindir ki, Rusiya ilə birgə olmaq düzgün qərardır

"Heç kim Əhməd Kadırovu bu yolu seçməyə məcbur etməyib”.

Çeçenistan rəhbəri vəzifəsini icra edən Ramzan Kadırov Respublikanın Rusiyanın tərkibində qalmağını çeçen xalqının səmimi seçimi adlandırıb.

Oxu.Az xəbər verir ki, Kadırov bu barədə Instagram səhifəsində yazıb.

"Vladimir Vladimiroviç Putin tamamilə doğru deyir ki, heç kim Əhməd Kadırovu bu yolu seçməyə məcbur etməyib, o özü Çeçenistanın Rusiya ilə birgə olmasına qərar verib. Bu həqiqətən də çeçen xalqının maraqlarına cavab verir”, - Ramzan Kadırov yazıb.

O, qeyd edib ki, çeçen xalqı dövlət başçısının həm daxili, həm də xarici siyasətini qətiyyətlə dəstəkləyir.

Kadırov həmçinin Çeçenistanın birinci prezidenti, atası Əhməd Kadırovun siyasi və hərbi işinə verdiyi yüksək qiymətə görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM