Kadırov: Putin sözünün ağasıdır

23:21 | 26.01.2018
Kadırov: Putin sözünün ağasıdır

Kadırov: Putin sözünün ağasıdır

Çeçenistan lideri Ramzan Kadırov Rusiya Federasiyası prezidenti Vladimir Putinin "müsəlman ümmətinin çoxmillətli Rusiya xalqının vacib hissəsi olduğu  və "dövlətin islam təhsilinə qeyd-şərtsiz dəstək göstərəcəyi” ilə bağlı bəyanatını təqdir edib.

Anews.az xəbər verir ki, bu barədə Çeçenistan başçısı öz "Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Putin hər zaman sözünün ağası olub.

"Vladimir Putin həmişə sözünün ağası olub. 2005-ci ilin dekabrında Çeçenistan parlamentinin  ilk iclasında etdiyi çıxışda Vladimir Putinin "Rusiyanın hər zaman İslamı sadiq və davamlı şəkildə müdafiə etdiyi” ilə bağlı bəyanatını çox yaxşı xatırlayırıq”, - deyə Ramzan Kadırov "Telegram” kanalında bildirib.

Çeçenistan lideri əlavə edib ki, ABŞ və Qərb dövlətləri dünyada müharibə və dağıntılara səbəb olduğu halda, Rusiya davamlı olaraq islam dünyasının maraqlarını müdafiə edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb