Kameraların quraşdırılmasına start verilir - Bakıda

13:21 | 18.10.2016
Kameraların quraşdırılmasına start verilir - Bakıda

Kameraların quraşdırılmasına start verilir - Bakıda

Bakı Nəqliyyat Agentliyinin daşıyıcı sirkətlər qarşısında qoyduğu əsas tələblərdən biri avtobuslarda kameraların quraşdırılması ilə bağlıdır. 

Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan məlumata görə, avtobuslarda onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır. 

"Məqsəd müntəzəm sənişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması, eləcə də bəzi sərnişinlər tərəfindən ictimai asayişin pozulması, qeyri-etik hərəkətlərə yol verilməsi, habelə oğurluq, xuliqanlıq, cibgirlik hadisələrinin qarşısının alınmasıdır. Bunu nəzərə alaraq, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər balanslarında olan və sərnişin daşımalarını yerinə yetirən avtobuslarda kameraların quraşdırılmasını təmin etməlidir. Tələbi yerinə yetirməyən daşıyıcı fiziki və hüquqi şəxslərə qarşı müvafiq tədbirlər görüləcək", - deyə qurumun məlumatında qeyd edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti