Kann festivalı İran filmi ilə açılacaq

22:18 | 12.04.2018
Kann festivalı İran filmi ilə açılacaq

Kann festivalı İran filmi ilə açılacaq

71-ci Kann festivalı İran rejissoru Əsgər Fərhadinin "Hamı bilir” filmi ilə açılacaq.
 
Film mayın 8-də "Lümyerlərin teatrı”nda nümayiş olunacaq. İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır.
 
"Hamı bilir” filmi argentinalı ailədən bəhs edir. Onlar Buenos-Ayresdən Penelopanın personajının vətəni olan kiçik ispan şəhərinə yollanırlar. Səfər bir çox sirlərin üstünü açan gözlənilməz hadisələrlə müşayiət olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb