Kaşkari: "FED uçot dərəcəsini artırmamaqla düzgün addım atdı"

19:21 | 27.09.2016
Kaşkari:

Kaşkari: "FED uçot dərəcəsini artırmamaqla düzgün addım atdı"

"ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırmamaqla düzgün addım atdı. Çünki inflyasiya hələlik aşağı səviyyədədir".
 
"APA-Economics" xəbər verir ki, bunu Minneapolis ştatının Federal Ehtiyyat Bankının prezidenti Nil Kaşkari bildirib. Qeyd edək ki, bu il N. Kaşkari FED-in iclaslarında səsvermə hüququna malik olmasa da, onun müzakirələrdə iştirak etmək hüququ var.
 
"Mən sentyabrın 21-də keçirilən iclasda uçot dərəcəsinin sabit qalması barədə qərarı dəstəklədim. Hesab edirəm ki, bu, düzgün qərardır. Fikrimcə aşağı inflyasiya riskləri böyükdür".
 
Avqustda ABŞ-da işsizliyin səviyyəsi 4,9% idi. FED rəsmilərinin əksəriyyəti bu göstəricinin gələcəkdə də azalacağını proqnozlaşdırır. İnflyasiya isə son 4 ildə 2%-dən aşağıdır. FED üçün hədəflənən səviyyə 2%-dir.
 
"Mən nə faiz dərəcəsinin artırılmasının, nə də azaldılmasının tərəfdarıyam. Mən sadəcə inflyasiya və işsizliyin səviyyəsini izləyərək optimal qərarın qəbul olunmasının tərəfdarıyam", - deyə N. Kaşkari əlavə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM