• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcər girovları ilə bağlı şok xəbər

Kəlbəcər girovları ilə bağlı şok xəbər
21.07.2014 09:31

Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundan olan Dilqəm Əhmədov və Şahbaz Quliyevin erməni işğalçıları tərəfindən girov götürülməsi iki ölkənin gündəmində əsas mövzulardan biri olaraq qalır.

 

Azərbaycanda hadisənin motivi kifayət qədər aydın olsa da, ermənilər hər vəchlə olayı şişirtmək, öz ölkəsində BMT tərəfindən tanınmış sərhədlər daxilində sadəcə, yerdəyişmə eləmiş azərbaycanlı mülki vətəndaşlardan “hərbi cinayətkar” və “qatil” obrazı yaradıb öz qanunsuz hərəkətlərinə sivil bəşəriyyətin gözündə bəraət qazanmağa çalışırlar.

 

Bundan ötrü ənənəvi erməni yalanı və həyasızlığı bütün gücü ilə işə salınıb. Guya Dilqəm Əhmədov, Şahbaz Quliyev və öldürüldüyü deyilən Həsən Həsənov silah arsenalı gəzdirirmişlər və onlar bir erməni zabitini və 17 yaşlı erməni yeniyetməni qətlə yetiriblər. Bütün bunların hamısı uydurulan ssenarini gerçək qismində təqdim etməyə hesablanıb, təbii ki.

 

Gələn məlumatlara görə, düşmən arxasına keçərək erməni toplumunda əməlli-başlı xof yaratmağa nail olmuş cəsur soydaşlarımızla amansız şəkildə davranılmasının, onların ən qatı cinayətkar kimi təqdim edilməsinin aparıcı motivi budur: erməni tərəfi haqlı olaraq bir gün qisas gününün yetişəcəyindən təlaşa düşən cəmiyyəti sakitləşdirmək, işğalçı rejimin müdafiə qabiliyyətinin guya yerində olduğunu göstərmək, təhlükəli insidentin təkrarlanmasını əngəlləmək və başqa azərbaycanlılarda xof yaratmaq üçün klassik yola - vəhşiliyə əl atıb. Odur ki, az qala Xocalı soyqırımına görə məsuliyyəti də onların boynuna qoymaq istəyirlər.

 

Başqa sözlə desək, bu, bizim tanıdığımız ermənilərdisə, günahsız insanlar üzərində güclü “obrabotka” gedir. Bakının israrlı tələblərinə baxmayaraq neçə gündür Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisi nümayəndələrinin soydaşlarımızı yoluxa bilməməsinin baş səbəbi elə bu ola bilər - girovlar göstəriləsi vəziyyətdə deyil. Yeri gəlmişkən, az öncə Şahbaz Quliyevin gözünün çıxarılması haqda informasiyalar yayılmışdı. Təəssüflər olsun ki, Qırmızı Xaç bunu dəqiqləşdirmək imkanında deyil. 

 

Beynəlxalq humanitar qurumun təmsilçilərinin girovların yanına buraxılmamasının ayrı motivləri də istisna deyil. Məsələn, Ramil Səfərovun qisasını almaq kimi. Bunu Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyanın erməni KİV-nə müsahibəsindən sezmək olur. Olayla bağlı erməni tərəfinin beynəlxalq hüquq baxımından qəliz duruma düşdüyünü etiraf edən “insan haqları müvəkkili” nədənsə iki olayın mahiyyətini eyniləşdirməyə çalışır. Lakin hər vəchlə girovları terrorçu-diversant kimi təqdim etməyə çalışsa da, bunu Kəlbəcərin (onlar “Karvaçar” deyirlər) guya qondarma “DQR”in tərkibinə daxil olması ilə əsaslandırmağa cəhd eləsə də, əlahəzrət faktdan qaça bilmir. Bu da ondan ibarətdir ki, Kəlbəcər dünyanın ərazi bütövlüyünü tanıdığı Azərbaycanın ayrılmaz tərkib hissəsidir və o, ləğv edilmiş DQMV-nin tərkibində heç vaxt olmayıb.

 

Odur ki, erməni ombudsman “insidentlə bağlı hüquqi baxımdan qəliz durumun yarandığını” bildirir və əlavə edir ki, “Bakı hadisədən ilk növbədə Dağlıq Qarabağın legitim olmadığını dünyaya nümayiş etdirmək üçün faydalanmağa çalışır”. Düşmənin girovlara qarşı xüsusi amansızlıqla davranmasının bir motivi də zatən bununla bağlıdır.

 

Olayla bağlı xeyrimizə olan nüanslar əfsuslar olsun ki, beləcə, hələlik soydaşlarımızın ziyanınadır və onlara qarşı ən sərt davranışa əsas yaradıb. Bu və başqa səbəbdən mümkündür ki, girovlarımız uzun müddətə geri verilməsin. Ki, nə vaxtsa əsl həqiqət üzə çıxmasın. Dilqəm Əhmədov və Şahbaz Quliyev ətrafında hay-küy və siyasi şou yaradılması bu mənada tam anlaşılan və məntiqli görünür.  (Musavat.com)

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Siyasət 23:30
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Siyasət 19:57
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Siyasət 18:03
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Azərbaycan və İran narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizəni müzakirə edib
Siyasət 17:48
Azərbaycan və İran narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizəni müzakirə edib
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Siyasət 16:51
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycanda 39 yeni hakim and içib
Siyasət 16:23
Azərbaycanda 39 yeni hakim and içib
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Siyasət 15:18
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Siyasət 14:52
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Birinci xanımlar görüşüb
Siyasət 13:45
Birinci xanımlar görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol