Qaynarinfo xəbər verir ki, Nazim Məmmədov 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. 1999-cu ildə Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.
1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. Maraqlıdır ki, Nazim Məmmədov Dövlət Gömrük Komitəsində işə başlayanda ali təhsili olmayıb.
2007-cı ilin dekabrından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edi. O, bu gün vəzifəsindən azad edilərək fövqəladə hallar nazirinin müavini təyin edilib. Nazim Məmmədov gömrük xidməti general-leytenantıdır.
Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, bu təyinatadək fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 7 müavini olub: Rəfail Xalid oğlu Mirzəyev, Faiq Cavad oğlu Tağızadə, Etibar Böyükbəy oğlu Mirzəyev, Ragim Əhəd oğlu Lətifov, Orucəli Məmməd oğlu Hacıyev, Teymur Ramiz oğlu Mehdiyev, Tapdıq Əhliman oğlu Əmiraslanov .
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !