Kerri də rus təyyarəsinin insidentindən danışdı

12:31 | 15.04.2016
Kerri də rus təyyarəsinin insidentindən danışdı

Kerri də rus təyyarəsinin insidentindən danışdı

ABŞ Dövlət katibi John Kerry Rusiya təyyarələrinin Baltik dənizində ABŞ gəmisinin üzərindən uçmasını pisləyib. O, aprelin 12-də baş vermiş insidenti "təhlükəli və məntiqsiz provokasiya” adlandırıb.

Kerry aprelin 14-də deyib ki, beynəlxalq sularda üzən ABŞ hərbi gəmisi Rusiyanın SU-24 bombardmançılarını vura da bilərdi. Dövlət katibinin sözlərinə görə, belə bir yaxınlaşmanın təkrarlanmaması üçün Moskva rəsmiləri ilə danışıqlar aparır.

Daha öncə Rusiya Müdafiə Nazirliyi təyyarələrin təhlükəsizlik qaydalarını pozmadığını bildirmişdi.

ABŞ rəsmiləri deyir ki, Rusiya təyyarələri silahlı olmayıb, ancaq U.S.S. Donald Cook gəmisinə o qədər yaxınlaşıblar ki, "suda dalğa yaranıb”. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM