Kerry Hiroşimaya tarixi səfər edir

13:59 | 11.04.2016
Kerry Hiroşimaya tarixi səfər edir

Kerry Hiroşimaya tarixi səfər edir


ABŞ Dövlət katibi John Kerry aprelin 11-də Yaponiyada Hiroşima memorialına tarixi səfər edib.

Beləliklə, Kerry Hiroşima Sülh Parkına səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub.

Kerry, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya xarici işlər nazirləri ilə birlikdə muzeyi gəzib, Hiroşima bombardmanı qurbanlarının xatirəsinə gül düzüb.

Nazirlər Hiroşimaya Böyük Yeddiliyin toplantısına gəliblər.

1945-ci il, avqustun 6-da ABŞ-ın B-29 bombardmançısı bu şəhərə 15 kilotonluq atom bombası atıb, 80 min nəfər dərhal həlak olub. İkinci bomba isə 3 gün sonra Naqasaki şəhərinə atılıb. Bununla da 2-ci Dünya Müharibəsi başa çatıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb