Köçəryan ümidsizdir

11:25 | 30.08.2014
Köçəryan ümidsizdir

Köçəryan ümidsizdir

Ermənistanın eks prezidenti gələcəyə nikbin baxmır

Ermənistanın eks prezidenti ölkəsinin iqtisadiyyatının gələcək perspektivləri haqda bədbin proqnoz verib. 

ANS PRESS-in məlumatlna görə, Köçəryan bildirib ki, “Təəsüflər olsun, lakin mənim iqtisadiyyatımız üçün optimist hesablamalar etməyə, nə daxili nə də xarici səbəbim yoxdur. Bundan əlavə təsiretmə gücünün araşdırılmasına ehtiyac olan, qlobal xarakterli yeni təhdidlər meydana gəlib. Rusiya və Qərbin birgə sanksiyalarının qlobal iqtisadiyyata təsiri, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri, bu nə qədər davam edəcək, sanksiyalar genişlənəcəkmi və s.”

Rusdilli "Noyev Kovçeq" nəşrinə müsahibə verən Köçəryan əlavə edib ki, “Ermənistanın Avrasiya İttifaqına daxil olduğu təqdirdə regional iqtisadi durumunun (təşkilata daxil olmayan Gürcüstan və İranla iqtisadi əlaqələrin) necə olacağı bəlli deyil. Ümumiyyətlə Rusiyanın Qərblə sanksiyalara büründüyü bir vaxtda gömrük mühitinin texniki olaraq fəaliyyəti necə olacaq bilinmir. Bu suallara ya cavab yoxdur, ya da onlar fərziyyə xarakteri daşıyır, deməli- biz neqativ gözləntilər xəttinə daxil olmuşuq”.

Bəs Ermənistan iqtisadiyyatının düzəlməsi üçün hansı addımlar atılmalıdır sualına Robert Köçəryan- büdcənin hansı yolla olur olsun doldurmaq istəyindənsə, iqtisadiyyatın qalxması və iş yerlərinin çoxalması prioritet təşkil etməlidir- deyə cavab verir.

Bundan əlavə müsahibəsi zamanı illərlə hakimiyyəti dövründə Ermənistanda misli görünməmiş oliqarx güclənməsi ilə məşhur olan eks prezident ədalətli, rəqabətə davamlı əsasən kiçik və orta biznesin inkişafının vacibliyini qeyd edir.

“İqtisadiyyatın demonopolizasiyasının (rəqabətədavamlı mühit, inhisar fəaliyyətinin qarşısının alınması üçün dövlət tərəfindən görülən tədbirlərinin) təmin ediməməməsi, təsirli məmurların iştahının saxlanılması edilmədən bunları etmək mümkün olmayacaq. Cəmiyyətə aydın siqnal verilməlidir ki, istənilən sahibkarlıq təşəbbüsü arzuolunandır və kimin marağına xidmət etdiyinə baxmayaraq dəstəklənəcək. Effektli bazar mexanizmləri yaradılaraq, ya şəxsi maraqlar bir neçə illik arxa plana çəkilməli və ya onlar barədə ümumiyyətlə unudulmalıdır. Bunu təmin edən istənilən hakimiyyət uğura nail olacaq”- deyə indiki Ermənistan hakimiyyətində mümkünsüz olan təklifləri irəli sürüb.

Qeyd edək ki, Ermənistandakı iqtisadi-sosial böhran getdikcə dərinləşir. Ermənistanın açıqladığı rəsmi statistik rəqəmlər əhalinin həyat tərzinin ağırlaşdığını göstərir. Ölkədəki iqtisadi böhran iqtisadiyyatda inhisarçılıq, Rusiya şirkətlərinin hegemonluğu, demək olar ki, bütün regional iqtisadi layihələrdən uzaq olması ilə əlaqələndirilir. 

Bütün qonşu ölkələrə ərazi iddiasında olması Ermənistanın regional iri layihələrdən kənara salır və ən az sərmayə qoyulan ölkələr sırasındadır.

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb