Kim İr Senin ballistik raket sınağı uğursuz oldu

19:10 | 15.04.2016
Kim İr Senin ballistik raket sınağı uğursuz oldu

Kim İr Senin ballistik raket sınağı uğursuz oldu

Şimali Koreyanın bu gün səhər saatlarında keçirdiyi ballistik raket sınağı uğursuz olub.
 
APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sınaqdan keçirilən raketin uçuş radiusu 3 min km-dən çox təşkil edən "Musudan” ballistik raketi olduğu bildirilir.  
 
"Reuters”-in məlumatına görə, ABŞ strateji komandanlığı raketin uçuş trayektoriyasını izləyə bilib. Məlumata görə, raket buraxılışı Şimali Amerika qitəsinə heç bir təhlükə yaratmayıb.    
 
Qeyd edək ki, Şimali Koreya bundan əvvəl Kim İr Senin ad gününün qeyd olunduğu 15 aprel tarixində ballistik raketi sınaqdan keçirəcəyini bəyan etmişdi.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM