Kino sənətinə ağır itki - Məşhur sənətçi həyatını itirdi - FOTOLAR

21:09 | 26.05.2019
Kino sənətinə ağır itki - Məşhur sənətçi həyatını itirdi - FOTOLAR

Kino sənətinə ağır itki - Məşhur sənətçi həyatını itirdi - FOTOLAR

Türk kinosunun məşhur aktyoru Əşrəf Kolçak 92 yaşında həyatını itirib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, ötən həftə həyatı qəfil pisləşən aktyor xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun ciyərlərində ağır problemlər olub.

Aktyor sabah dəfn olunacaq. Qeyd edək ki, Əşrəf Kolçak 1927-ci ildə Ərzurum vilayətində anadan olub. Əvvəlcə ayaqqabı təmiri ilə məşğul olan Kolçak, 1944-cü ildə teatrda özünü sınayıb.1947-ci ildən başlayaraq, o filmlərə dəvət alıb.

Əşrəf Kolçak "Fədakar ana”, "Namus uğrunda”, "Düşmən yolları kəsdi” və digər filmlərdə rol alıb.






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM