Kinoda tabuları qıran 10 film - FOTOLAR

13:14 | 16.09.2014
Kinoda tabuları qıran 10 film - FOTOLAR

Kinoda tabuları qıran 10 film - FOTOLAR

20-ci əsrdə gey və lezbiyanlarla bağlı tabuların qırılmasında vizual sənətin böyük rolu olub. Filmlərdən bəziləri homoseksualların yaşadığı çətinlikləri, bəziləri də oturuşmuş mühafizəkar əxlaqı düzəni yenidən formalaşdırıb. ANN.Az Türkiyə mətbuatına istinadən tabuları qıran filmlərin siyahısını təqdim edir.

"Sizin günah dediyiniz şey, məncə, sevginin minlərlə formasından biridir..."1. İlk film: "Diyərlərindən fərqli" (1919)

Homoseksaual hüquqlarının ilk müdafiəçisi Alman Maqnus Hirşfeld 1919-cu ildə bu mövzudakı ilk film ssenarisini yazdı. Film skripkaçı bir sənətçiyə görə intihara sürüklənir.

2. Türk filmində ilk dəfə: "Ver əlini İstanbul" (1962)

Türk kinosunda ilk dəfə LGBT-lər 1960-cı illərdə mavi ekranlarda peyda oldu. Aydın Arakonun rejissoru olduğu "Ver əlini İstanbul" (1962) filmində ilk dəfə iki qadın qəhrəman öpüşdü. Təbii ki, qadınlardan birinin kişi qiyafəsində olduğunu da vurğulamaq lazımdı. Filmin ssenarisi Ali Kaptanoğlu adı altında gizlənmiş məşhur türk şairi Attila İlhana məxsusdur.

3. ABŞ-da qadağan edildi: "Qurban" (1961)

Baş rolda Dirk Boqardın oynadığı ingilis filmi homoseksuallıqla bağlı qanunların dəyişdirilməsində böyük rol oynadı. Filmdə "homoseksual" sözü işləndiyinə görə, ABŞ-da göstərilməsi qadağan edilmişdi.

4. İki müəllimə arasındakı sevgi: "Təhlükəli fısıltı" (1961)

Lillian Helmanın pyesi əsasında çəkilən filmdə bir internat məktəbində iki müəllimə arasındakı dostluqdan bəhs edilir. Şagirdlərdən biri müəllimələr arasındakı sevginin dostluqdan o tərəfə keçdiyini yaymasından sonra, qadınlar böyük problemlər yaşayırlar.

5. "Hərəmxanada dörd qadın" (1965)

Kamal Tahirin yazdığı bu film 20-ci əsrin başlanğıcında İstanbulda bir paşanın hərəmxanasındakı intriqalardan bəhs edir. 

6. Yuxuda gəzənlər (1992)

Türk rejissor Atif Yılmazın çəkdiyi filmdə biri həkim, digəri fahişə olan iki qadın arasındakı münasibətdən bəhs edilir. Film 1994-cü ildə Toronto Gey və Lezbiyan Film Festivalına qatılan ilk türk filmi oldu.

7. ABŞ bu filmlə AİDS və homoseksuallar qarşısındakı qorxusunu yendi: "Filadelfiya" (1993)

Tom Henks bu filmdəki roluyla Oskar mükafatı qazandı. Filmdə AİDS xəstəliyinə yoluxduğu üçün işdən qovulan bir homoseksualla, ədalətə inanan bir hetereseksual vəkilin mübarizəsindən bəhs edilir. Film böyük uğur qazanıb.

8. Kuba inqilabından sonrakı zorakılıq: "Qaranlıqdan əvvəl" (2000)

Filmdə kubalı yazıçısı Reynaldo Arenasın yoxsulluqla keçən uşaqlığından, Kuba inqilabı zamanı apardığı mübarizə və inqilabdan sonra gey olması və yazdıqlarına görə həbs edilməsindən bəhs edilir. "Qaranlıqdan əvvəl" filminin rejissoru Culian Şhnabeldir.

9. Ferzan Özpetek bu filmlə bütün dünyada məşhurlaşdı: "Hamam" (1997)

Türk-İtalyan rejissoru Ferzan Özpeteki bütün dünyada məşhurlaşdıran filmdə özünə miras qalan hamamı restavrasiya etməyə çalışan 

Françeskonun Mehmetlə münasibətindən bəhs edilir.

10. İki kovboy arasında məhəbbət: "Brokbak dağı" (2005)

Oskar mükafatlı rejissot Anq Li bu filmiylə 2005-ci ildə Venesiya Beynəlxalq Kinofestivalında Qızıl Aslan mükafatını qazandı. Pullitzer mükafatı laureatı Anni Proluksun qısa hekayəsi əsasında çəkilən filmdə iki kovboyun məhəbbətindən bəhs edilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb