Kirbi: “ABŞ TAP-ın tikintisinə başlanılmasını alqışlayır”

10:52 | 18.05.2016
Kirbi: “ABŞ TAP-ın tikintisinə başlanılmasını alqışlayır”

Kirbi: “ABŞ TAP-ın tikintisinə başlanılmasını alqışlayır”

ABŞ Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik Qaz Kəmərinin (TAP) inşasına başlanılmasını alqışlayır.

"APA-Economics”in TASS agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

"ABŞ Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi olacaq və Azərbaycan təbii qazını Avropanın digər bölgələrinə çatdıracaq TAP-ın tikintisinə başlanılmasını alqışlayır”, - deyə o qeyd edib.

C. Kirbi vurğulayıb ki, ABŞ Avropanın enerji təhlükəsizliyini artıracaq, regional sabitliyi və inkişafı təmin edəcək enerji mənbələrinin diversifikasiyasına sadiqdir.

Onun fikrincə, TAP layihəsi Yunanıstan və İtaliya kimi ölkələrin iqtisadi vəziyyətini yaxşılaşdıracaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM