Kişi şahmatçılarımızdan qələbə

22:00 | 31.10.2019
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub. 

"Qafqazinfo” xəbər verir ki, təmsilçimiz VII turda İsveçrə ilə qarşılaşıb.

Qarşılaşma millimizin qələbəsi ilə başa çatıb. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib. Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb

www.anews.az
loading...