"Kişilik avtoritetlərdə olur" - Elnur Şuşalı ilə fotosu yayılan müğənni danışdı

11:00 | 21.11.2017

"Kişilik avtoritetlərdə olur" - Elnur Şuşalı ilə fotosu yayılan müğənni danışdı

Əməkdar artist Zöhrə Abdullayevanın kriminal aləmdə Elnur Şuşalı kimi tanınan avtoritetlə fotosu yayılıb.

Yenicag.az xəbər verir ki, Elnur Şuşalı "Lotu Quli”yə yaxınlığı ilə seçilən şəxslərdəndir.

Saytımıza açıqlama verən Zöhrə Abdullayeva xəbərdən şoka düşdüyünü bildirdi:

"Nə danışırsan? O Elnur avtoritetdir? Mən nə bilim o kimlərlə dostluq edir. Mən rəfiqəmin yanında onun oğlunun ad gününə getmişəm. O da şuşalıdır, mən də, rəfiqəm də. Mən yazıq hardan bilim o "Lotu Quli”nin yaxın dostudur. Mən buna inanmıram. O taksiylə güclə gəzir, hardan avtoritet oldu? Belə də ki, yaxşı eləyib çəkdirmişəm. Kişilik avtoritetlərdə olur. O, mənim şuşalı balamdır. Onun 37 yaşı var, oğlumdan da kiçikdir. Belə xəbər yaymaq ayıbdır. Elnurun avtoritet olduğunu sizdən eşidirəm. Elnur İsveçdə yaşayır. İsveçdə lotuluq eləmək olar?”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb