KİV: Polis avtoş futbolçunu saxladı - VİDEO

17:26 | 15.04.2014
KİV: Polis avtoş futbolçunu saxladı - VİDEO

KİV: Polis avtoş futbolçunu saxladı - VİDEO

Bir müddət öncə xoş olmayan avtoqəza hadisəsi ilə yadda qalan milli komandamızın və “Neftçi”nin gənc yarımmüdafiəçisi Araz Abdullayev bu dəfə də oxşar hərəkət edib. ANN.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Araz maşını idarə edərkən hansısa hərəkəti üzündən polislərin qəzəbinə tuş gəlib.YPX işçiləri Abdullayevi maşını ilə birlikdə cərimə meydançasına aparıblar. Futbolçunun hansı qaydanı pozduğunu dəqiq bilmirik. Amma polislər onu cərimə meydançasına aparmağı lazım bilibsə, deməli, tez-tez avtoxuliqanlıq edən bu futbolçu ilə bağlı konkret səbəb var. Videoda gördüyünüz “şou” isə bugünkü olayın təsviri deyil. Araz eyni maşınla çox hoqqalar törədib və bu, onlardan yalnız biridir. Qafqazinfo saytı yayılan məlumatla bağlı futbolçu ilə əlaqə saxlayıb. Araz ona ünvanlanan sualı belə cavablandırıb: “Hamısı boş söhbətlərdir. Belə şey olmayıb”.Xatırladaq ki, Araz Abdullayev ötən il avtomobili ilə bir nəfərin ölümü, bir nəfərin isə yaralanmasına səbəb olan qəza törədib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb